...

İqtisadi inkişaf naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2013 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend/

İqtisadi inkişaf naziri Şahin Mustafayev aprelin 6-da, saat 10:00-da Mingəçevir şəhərində Yevlax, Bərdə, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Zərdab, Beyləqan, Laçın rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşları qəbul edəcək.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlardan nazirliyin "[email protected]" elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin nazirliyin Aran regional bölməsi (Elbrus Hüseynov, əlaqə telefonu: (02233) 6-73-10, (055) 206-88-52, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 34) vasitəsilə qəbula yazılmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti