...

Budapeşt-Bakı-Budapeşt birbaşa aviareysinə biletlərin satışı başlayıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2013 17:47 (UTC +04:00)
Budapeşt-Bakı-Budapeşt birbaşa aviareysinin açılması Azərbaycan və Macarıstan arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisidir.
Budapeşt-Bakı-Budapeşt birbaşa aviareysinə biletlərin satışı başlayıb (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.İsmayılov/

Budapeşt-Bakı-Budapeşt birbaşa aviareysinin açılması Azərbaycan və Macarıstan arasında əlaqələrin yüksək səviyyəsinin göstəricisidir. Trend-in məlumatına görə, bunu cümə axşamı iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Macarıstan nümayəndə heyəti ilə görüşdə deyib.

Onun sözlərinə görə, reysin açılması tərəflər arasında işgüzar münasibətləri genişləndirməyə, iki ölkə arasında sərnişin axınını artırmağa imkan verəcək, habelə ticari-iqtisadi əlaqələrə müsbət təsir edəcək.

Görüş zamanı Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora deyib ki, reysin açılması bu ilin iyun ayının 17-də baş tutacaq, təyyarə əks istiqamətə - Budapeştə isə iyunun 18-də qayıdacaq. Reys həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Biletlərin satışı bu gündən etibarən başlayır.

"Yeni reysin açılması Azərbaycan və Macarıstan arasındakı onsuz da yaxşı olan münasibətlərə müsbət təsir edəcək, habelə iki ölkə vətəndaşlarına 3,5 saata təyinat məntəqəsinə çatmağa imkan verəcək", - Çutora bildirib.

Aviareys Macarıstanın "Wizz Air" şirkətinin A320 təyyarələrində həyata keçiriləcək. Bu şirkət 270-dan artıq marşrut üzrə reysləri icra edir və cari ildə bu göstəricini 300-ə çatdırmağı planlaşdırır. Şirkətin aviaparkı 40 təyyarədən ibarətdir, 2013-cü ildə bu rəqəm 45-ə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti