...

Beynəlxalq Sığorta Şirkəti "ASAN xidmət" mərkəzinin sığorta tərəfdaşı seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2013 15:40 (UTC +04:00)
Beynəlxalq Sığorta Şirkəti Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən "ASAN xidmət" (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) mərkəzində sığorta xidmətləri təklif etməyə başlayıb.
Beynəlxalq Sığorta Şirkəti "ASAN xidmət" mərkəzinin sığorta tərəfdaşı seçilib

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Beynəlxalq Sığorta Şirkəti Həsən Əliyev küçəsi, 36 ünvanında yerləşən "ASAN xidmət" (Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) mərkəzində sığorta xidmətləri təklif etməyə başlayıb. Bu barədə cümə axşamı Trend-ə şirkətdən məlumat veriblər.

Beynəlxalq Sığorta Şirkətinin həmin nümayəndəliyi bütün sığorta xidmətlərini göstərməkdədir - burada müştərilər əmlak sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, yeni KASKO məhsullarını və digər sığorta növlərini əldə edə bilərlər.

Şirkətin İdarə Heyətinin sədri M.Məmmədov bu barədə məlumat verərək bildirib: "Nümayəndəliyin açılması bizim şirkətimizə sığorta məhsullarının əhaliyə rahat olan məkanda təklif edilməsinə, "ASAN xidmət"ə" isə göstərilən xidmət çeşidini artırılmasına imkan yaradır. Ən əsası isə insanların öz vaxtına qənaət edə bilməsidir. Beləliklə, "ASAN xidmət" mərkəzində Beynəlxalq Sığorta Şirkətinin nümayəndəliyinin açılması müştərilərə doğru atılan növbəti addımdır. Biz fəxr edirik ki, "ASAN xidmət" mərkəzində sığorta sektorunu məhz bizim şirkət təmsil edir. Bu, böyük məsuliyyətdir və biz nəinki insanların ümidlərini doğrultmağa, həm də onları üstələməyə çalışacağıq".

Qeyd edək ki, hazırda açılan nümayəndəlik birincidir və gələcəkdə bütün "ASAN xidmət" mərkəzlərində nümayəndəliklərin açılması planlaşdırılır.

Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilib və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti