...

"Atəşgah" Sığorta Qrupu "Atəşgah" məbədinin sığortası üzrə müqaviləni yenilədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2013 18:57 (UTC +04:00)
Öz vizyonunda fəaliyyətinin əsas istiqamətlərindən biri kimi mədəni irsin qorunmasını qeyd edən “Atəşgah” Sığorta Qrupu mədəni tarixi abidə - “Atəşgah” od məbədinin sığortası üzrə müqaviləni yeniləyib.
"Atəşgah" Sığorta Qrupu "Atəşgah" məbədinin sığortası üzrə müqaviləni yenilədi

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Öz vizyonunda fəaliyyətinin əsas istiqamətlərindən biri kimi mədəni irsin qorunmasını qeyd edən "Atəşgah" Sığorta Qrupu mədəni tarixi abidə - "Atəşgah" od məbədinin sığortası üzrə müqaviləni yeniləyib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Abşeron yarımadasının mərkəzində Köhnə Suraxanı qəsəbəsi ərazisində yerləşən "Atəşgah" od məbədi "Atəşgah" Sığorta Qrupunun şəxsi vəsaiti hesabına 3 milyon ABŞ dolları məbləğində sığortalanıb. Sığorta müqaviləsinə əsasən, burada faydalanan tərəf Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir.

Məbədin sığortası üzrə şəhadətnaməni "Atəşgah" Sığorta Qrupu adından mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə "Atəşgah Həyat" SŞ-nin İdarə Heyətinin sədri Əkbər Mədətli təqdim edib. Bu, 18 aprel tarixində "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda keçirilən "Milli irs mükafatı"nın təqdimat mərasimi çərçivəsində mümkün olub.

"Maliyyə qurumu olaraq, "Atəşgah" SQ hər zaman dövlətimizin mədəni və tarixi dəyərlərinin qorunmasına öz töhfəsini verməyə şaddır", - Mədətli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti