...

Azərbaycanda gömrük anbarlarına qarşı tələblər təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2013 14:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may / Trend, müxbir A. Axundov/

Nazirlər Kabineti fəaliyyəti lisenziya əsasında həyata keçirlən müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Müvəqqəti saxlanc və gömrük anbarlarında gömrük nəzarəti zonaları yaradılır. Fors-major halları istisna edilməklə, gömrük anbarında xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük orqanlarının icazəsi əsasında gömrük anbarından müvəqqəti çıxarıla bilər.

Yeni tələblərə əsasən, anbar sahibləri anbarda yerləşdirilən mallar üzrə hesabatı 3 ayda bir dəfədən az olmayaraq gömrük orqanına təqdim etməlidirlər. Anbar sahibi anbarda yerləşdirilmiş malların uçotunu aparmalı və mallar üzrə hesabatı kağız üzərində yazılı və ya elektron formada gömrük nəzarətini həyata keçirən gömrük orqanına təqdim etməlidir.

Qanunvericiliyin tələblərinin pozulması barədə kifayət qədər əsas olduqda, gömrük orqanının vəzifəli şəxsi anbar sahibinə bildiriş göndərməklə, anbarda yerləşdirilən mallar üzrə hesabatın təqdim olunmasını tələb edə bilər.

Qaydaların təsdiq edilməsi barədə qərar 2013-cü il mayın 3-də qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti