Azərbaycan, Bakı, 20 may /Trend /
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən respublika ərazisindəki bir sıra mağazalarda istehlak üçün yararsız olan məhsullar aşkar edilərək məhv edilib. Bu barədə bazar ertəsi Trend-ə Xidmətdən daxil olan məlumatda deyilir. Belə ki, Xidmət tərəfindən keçirilən növbəti monitorinqlər zamanı
Bakının Nəsimi rayonunda
- R.Behbudov küçəsi, ev 65 ünvanında Tural Salamova məxsus "Dalğa" mağazasında;
Nərimanov rayonunda
- Z.Xəlil və V.Mayakovski küçələrinin kəsişməsində Arif
Məmmədova məxsus mağazada;
- Ə.Əlizadə küçəsi, ev 42/9 ünvanında Sadiqə Abdullayevaya məxsus "Viola" mağazasında;
Sumqayıt şəhərində
- 17-ci mikrorayon, Nizami küçəsi, ev 121 ünvanında İlqar
Bəhlulova məxsus "Nərgiz" mağazasında;
- 12-ci mikrorayon, ev 4 ünvanında Səfayə Dəmirovaya məxsus mağazada;
- 11-ci mikrorayon, ev 34 ünvanında İlqar Alıyevə məxsus mağazada;
Xaçmaz şəhərində
- 20 Yanvar küçəsində Vüsal Abidova məxsus mağazada;
- 28 May küçəsində Coşqun İskəndərova məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanmışdır.
Binəqədi rayonunda
- M.Rəsulzadə qəsəbəsi, 6-cı mikrorayon, Davudoğlu küçəsi, ev 17 ünvanında Elşən Behbudova məxsus "A.M.İ" mağazasında;
Səbail rayonunda
- Q.Abbasov küçəsi, ev 32 ünvanında Mehdi Əliyevə məxsus "Express" mağazasında;
Yasamal rayonunda
- Ə.Hüseynzadə küçəsi, ev 64 ünvanında Məmməd Fərzəliyevə məxsus "Star" mağazasında;
Gəncə şəhərində
- Xətai prospekti, ev 1 ünvanında Ulduz Əkbərovaya və Ayaz Qədirova məxsus mağazalarda;
- N.Nərimanov prospektində Arzu Əliyevaya məxsus mağazada;
- Sadıllı qəsəbəsi, "Kəpəz Bazarı" ATSC-nin arxasında Famil Abbasova məxsus mağazada;
Göyçay şəhərində
- Natəvan küçəsində Zamir Abbasova məxsus mağazada;
- Nizami küçəsində İlham Məmmədova məxsus "İnci" mağazasında;
- Natəvan küçəsində Rövşən Hüseynova məxsus mağazada;
- Atatürk küçəsində Mahirə Şirinovaya məxsus mağazada;
Xaçmaz şəhərində
- 20 Yanvar küçəsində Tofik Abbasova məxsus mağazada;
- M.Ə.Rəsulazadə küçəsində Telman Hüseynova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilmişdir.
Ümumilikdə, monitorinqlər zamanı 410 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaqdır.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.