Azərbaycan, Bakı, 20 may /Trend/
13 may 2013-cü il tarixindən "Atəşgah" Sığorta Qrupu Nəsibbəy Yusifbəyli küçəsi, ev 75B ünvanında yerləşən yeni altımərtəbəli ofis binasında yerləşir ("Kral" şadlıq sarayı və "Azər-İlmə" MMC-nin yaxınlığında, "Gənclik" metrostansiyasına piyada 5 dəqiqəlik məsafədə).
Ofisin iş qrafiki: bazar ertəsi - cümə saat 09:00-dan 18:00-dək, şənbə saat 10:00-dan 15:00-dək.
"Atəşgah" Sığorta Qrupuna "Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ daxildir.
2012-ci ilin nəticələrinə görə, qrupun sığorta haqları 53,5 mln. manat, ödənişləri isə 13,2 mln. manat təşkil edib.
"Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.