Azərbaycan, Bakı, 23 iyul/Trend/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Parabank" ASC-nin 16 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 200 manat olan 80 min ədəd səhm buraxılıb.
Yerləşdirmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.
2013-cü iyulun 1-nə olan vəziyyətə görə, bankın nizamnamə kapitalı 11570,4 min manat, məcmu kapitalı isə 17332,42 min manat təşkil edir.