...

Vergilər Nazirliyinin çağrı mərkəzinə 160 minədək müraciət daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2013 11:19 (UTC +04:00)
Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə bu ilin yanvar-iyul aylarında 159 min 738 müraciət daxil olub ki, bu da ötən ilin analoji dövri ilə müqaisədə 22,4 faiz artıb.
Vergilər Nazirliyinin çağrı mərkəzinə 160 minədək müraciət daxil olub

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir E. Əliyev/

Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə bu ilin yanvar-iyul aylarında 159 min 738 müraciət daxil olub ki, bu da ötən ilin analoji dövri ilə müqaisədə 22,4 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin rəsmi saytında bildirilib.

"Telefon Məlumat Xidmətinə daxil olmuş müraciətlərin 107 min 108-i canlı rejimdə müfəttiş-operatorlar, 52 min 630-u səsli menyu vasitəsilə elektron operator tərəfindən cavablandırılıb. Vergi ödəyicilərinə 265 193 mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib", - məlumatda deyilir.

Müfəttiş-operatorlar tərəfindən cavablandırılmış suallar arasında 13,2% vergi növləri, 22,5% elektron xidmətlər, 11,6% hesabatlar və onların doldurulma qaydaları, 11,5% qeydiyyat barədə suallar, 51,2% səsli menyu vasitəsilə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri və 26,7% dövlət büdcəsinə olan vergi borcları barədə müraciətlər üstünlük təşkil edib.

Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sual xarakterli müraciətlərin 98,4%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 1,6%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavablandırılıb. Müraciətlərin 72,9%-i Bakı şəhərindən, 11,4%-i mobil operatorlardan, qalanı isə ölkənin müxtəlif bölgələrindən daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti