...

"Paşa Bank" ilin I yarısını 7 milyon dollar xalis mənfəətlə başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Sentyabr 2013 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir A.Axundov/

"Paşa Bank"ın 2013-cü ilin yanvar-iyun ayları üzrə xalis mənfəəti 5,490 min AZN-dən (6,999 min ABŞ dolları) ibarətdir ki, bu da 2012-ci ilin (5,472 min AZN / 6,975 min ABŞ dolları) analoji dövrü ilə müqayisədə demək olar ki, eynidir. Trend-in məlumatına görə, bunu bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Şahin Məmmədov mətbuat konfransında deyib.

O, qeyd edib ki, bankın mənfəət vergisi xərcindən əvvəl mənfəəti 7,999 min AZN (10,196 min ABŞ dolları) təşkil edib ki, bu da əvvəlki il ilə müqayisədə 12% artım deməkdir: "2013-cü ilin başa çatmış 6 ayı üzrə ümumi əməliyyat gəliri 25,950 min AZN (33,078 min ABŞ dolları) olub ki, bu da 2012-ci ildə əldə olunmuş 19,802 min AZN (25,242 min ABŞ dolları) ilə müqayisədə 31% artım olmasını göstərir".

Ş.Məmmədov bildirib ki, bank ölkədə kommersiya bankları arasında ən böyük nizamnamə kapitalına (228 milyon manat və ya 291 milyon dollar) malikdir: "İyulun 1-nə olan məlumata görə, bankın məcmu kapitalı 193,73 milyon manat (246,94 milyon dollar) təşkil edib.

O deyib: "Bank inkişafa doğru gedən bazarda davamlı qalaraq və müştərilərə xidmət göstərərək indi son bir neçə il ərzində inkişaf etdirdiyi əlaqələrdən yararlanır. Nəticədə bank müştəri bazasında 360,838 min AZN (459,959 min ABŞ dolları) balans ilə güclü inkişafa nail oldu. Qeyd olunan müştəri balansları əsas tələb olunan və müddətli hesablarda, müvafiq olaraq, 66% və 34% nisbətində cəmlənib (2012-ci il üçün, müvafiq olaraq, 58% və 42%)".

Bankın faiz gəliri 21% artaraq 27,647 min AZN (35,242 min ABŞ dolları) təşkil etdiyi halda, qeyri-faiz gəliri 19% artaraq 4,613 min AZN (5,880 min ABŞ dolları) məbləğinə çatıb.

Onun sözlərinə görə, sənədli əməliyyatlar üzrə göstərici 30 iyun 2013-cü il tarixinə 103,018 min AZN (131,317 min ABŞ dolları) məbləğinə çatdırılıb: "Paşa Bank" üçün hazırkı strateji hədəf 2013-cü ildə ticarətin maliyyələşdirilməsi portfelini 140,000 min AZN (178,458 min ABŞ dolları) məbləğinə çatdırmaqdır".

30 iyun 2013-cü il tarixinə bank ilk dəfə olaraq dörd xarici banklarla dəyəri 23,947 min AZN (30,525 min ABŞ dolları) məbləğində olan ticarətlə bağlı sindikatlaşdırılmış kredit cəlb edib.

Ş.Məmmədov bildirib: "Bank məcmu kapitalın mövcudluğunu Azərbaycan Respublikası Mərkəzi Bankının 31% (2012 - 34%) kapital tələbinə uyğun göstərərək güclü daxili kapital yüksəlişi əldə edib ki, bu da bankın nizamnamə kapitalını səmərəli istifadə etməsini göstərir. Bank Basel II və Basel III tətbiqinin yekunlaşdığı zaman lazımi kapital səviyyəsinin qarşılanması üzərində çalışmağa davam edərək təsisçilərinə kapitalı dividend şəklində geri qaytarır. Bank 2013-cü ildə səhmdarlara 2012-ci ilin xalis mənfəətindən 20,515 min AZN (26,150 min ABŞ dolları) məbləğində dividend ödəyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti