...

"Fuel Freedom" təşkilatı: Dünya metanol kimi alternativ yanacaq mənbələrinə böyük ehtiyac duyur

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2013 14:45 (UTC +04:00)
"Fuel Freedom" təşkilatı: Dünya metanol kimi alternativ yanacaq mənbələrinə böyük ehtiyac duyur
"Fuel Freedom" təşkilatı: Dünya metanol kimi alternativ yanacaq mənbələrinə böyük ehtiyac duyur

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

ABŞ-ın "Fuel Freedom Foundation" təşkilatının məlumatına görə, Beynəlxalq Valyuta Fondundan (BVF) alınmış xəbərdarlıqda təbii qaz, metanol, etanol və elektrik enerjisi kimi alternativ yanacaq növləri tərəfindən rəqabətin təmin edilməsi üçün bazarların açılmasına böyük ehtiyac olduğu xüsusi qeyd olunur.

BVF-nun "Neftin gələcəyi: Geologiya texnologiyaya qarşı" başlığı altında buraxılan araşdırmasında yaxın onillikdə neftin qiymətinin dönməz olaraq iki dəfə artacağından xəbər verilir.

"BVF-nun hesabatı xəbərdar edir ki, neftin qiymətinin iki dəfə artması qlobal iqtisadiyyatı "heç bir yerə" gətirib çıxaracaq və bu da fəlakətlə nəticələnə bilər", - "Fuel Freedom Foundation" təşkilatının prezidenti Cozef A. Kennon deyir. "Xoşbəxtlikdən, əgər biz daha ucuz, benzinə alternativ olan daha təmiz yanacaq növləri tərəfindən rəqabətin təmin edilməsi üçün bazarlarımızı aça bilsək, fəlakətin qabağını almaq olar. Bu, neftin qiymətini əhəmiyyətli dərəcədə və konstruktiv şəkildə aşağı salmaq və gələcək iqtisadi inkişafı təmin etmək üçün yeganə yoldur".

Araşdırmada neftin qiymətinin qabaqcadan xəbər verilməsi üçün daha dəqiq modelin axtarılması istiqamətində aparılmış müzakirələrdə səslənən bir-birinə əks olan iki mövqe təqdim olunur. Bir tərəfdən, "neft hasilatının piki" arqumentinə görə, məhdud ehtiyatlardan istifadə olunması qiymətlərin daha da bahalaşmasına səbəb olacaqdır. Digər tərəfdən, texnoloji arqumentə görə, qiymətlərin daha da yüksək olması neft hasilatının yeni üsullarının axtarışına, habelə neft məhsullarının əvəz olunmasına stimul yaradacaqdır. Bu tərəqqi isə, öz növbəsində, məhsuldarlığın artmasına və son nəticədə qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaqdır.

Öz rəylərinin heç də mütləq olaraq BVF-nun siyasətini əks etdirmədiyini qeyd edən müəlliflər neft hasilatının piki arqumentinin həddən artıq bədbin olduğunu hesab edirlər. Bununla yanaşı, onlar bildirirlər ki, neft hasilatının geoloji məhdudiyyətləri üstəgəl "istehlakçı şoku", məsələn, Çində və Hindistanda sürətli inkişaf templəri, neftin qiymətinin dəyişməsi meyllərini daha yaxşı izah edir. Eyni zamanda, tədqiqatçılar texnoloji uğurların təsirinin uzunmüddətli perspektivdə məhdudlaşdığını aşkar etmişlər. Nəticədə, neftin qiyməti, demək olar ki, iki dəfə bahalaşacaq və bununla yanaşı iqtisadiyyatın inkişafına uzun müddət zərər vuracağı proqnozlaşdırılan "ağrı astanasından" keçiləcəkdir.

"Fuel Freedom Foundation" ABŞ İrvində təsis olunmuş heç bir partiyaya üzv olmayan qeyri-kommersiya təşkilatıdır. FFF fəaliyyəti Amerikada istehsal olunan daha ucuz və təmiz yanacaq növlərinin işlənib hazırlanmasına kömək etmək məqsədi ilə rəqabətin qarşısında duran maneələri aradan götürməklə ABŞ iqtisadiyyatının neftdən asılılığına son qoymağa istiqamətlənib. "Yanacaq müstəqilliyi" o deməkdir ki, benzin, dizel yanacağı, metanol, təbii qaz, etanol və elektrik enerjisi həm diler əməliyyatlarında, həm də yanacaqdoldurma məntəqələrində bir-biri ilə bərabər şərtlər altında rəqabət aparacaqlar. FFF təşkilatı tərəfdarlarının sözlərinə görə, yanacaq müstəqilliyinə nail olunması nəticəsində yanacağın qiymətləri ucuzlaşacaq, yeni iş yerləri yaradılacaq, iqtisadiyyatın inkişafı təmin olunacaq, ətraf mühitin çirklənməsi azalacaq, habelə dövlət və dünya müqyasında təhlükəsizliyi gücləndirəcəkdir.

Mənbə: www.hybridcars.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti