...

"Bank BTB" “Classic qiymətinə Gold, Gold qiymətinə Platinum” kampaniyasını elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2013 15:00 (UTC +04:00)
Noyabrın 1-dən "Bank BTB" yeni endirim kampaniyasına start verdi. İndi Visa premium kartlarının qiyməti daha əlverişli olur.
"Bank BTB" “Classic qiymətinə Gold, Gold qiymətinə Platinum” kampaniyasını elan edir

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Noyabrın 1-dən "Bank BTB" yeni endirim kampaniyasına start verdi. İndi Visa premium kartlarının qiyməti daha əlverişli olur.

Kampaniya çərçivəsində Visa Gold kartını 20 AZN, Visa Platinum kartını isə cəmi 25 AZN-ə əldə etmək mümkündür.

Üstəlik plastik kartı sifariş etdikdə sığorta depoziti tələb olunmur. Bu kampaniyanın əsas məqsədi nağdsız ödənişləri stimullaşdırmaq və müştəri məmnuniyyətini artırmaqdır.

Cəlbedici qiymətlərlə premium kartlarını almaq imkanı 20 dekabr 2013-cü il tarixinədək olacaqdır.

Bundan əlavə Visa premium kartlarını sifariş edən bütün müştərilər avtomatik olaraq "Visa imtiyazlar dünyanı kəşf edin!" endirim aksiyasına qoşulacaq və "MyBrands" mağazalarında 20% endirim hüququ verən kuponlar qazanacaq. Aksiyada iştirak edən mağazalar barədə məlumat almaq üçün qeyd olunmuş ünvana keçə bilərsiniz - http://on.fb.me/18hAyuK.

"Bank BTB" müştəri məmnuniyyətinin artırılması məqsədilə yeni məhsul və xidmətlər təklif etməklə xidmətin keyfiyyəti və rahatlığınını artırmaq üçün əlindən gələni edəcəkdir.

Kampaniya haqqında ətraflı məlumat almaq üçün bankın istənilən filialına baş çəkə, https://www.facebook.com/bankbtb facebook səhifəsinə, həmçinin http://www.btb.az bankın korporativ saytına müraciət edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti