...

"Bank BTB" daha bir təcili pul köçürmələri sistemini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2013 10:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

"Bank BTB" müştəriləri geniş çeşiddə keyfiyyətli xidmətlərlə təmin etməkdə maraqlıdır. Bununla əlaqədar olaraq, bank daha bir təcili pul köçürmələri sisteminə - "Золотая Корона"ya qoşulub.

Sistem 2003-cü ildən etibarən təcili köçürmələr bazarında fəaliyyət göstərir və hazırda Azərbaycan, Rusiya, MDB və digər xarici ölkələrin ərazilərində təqribən 40 min xidmət nöqtəsinə malikdir. Sistemi cəlbəedici edən müsbət cəhətlərdən biri xidmət tariflərinin nisbətən aşağı olmasıdır. "Золотая Корона" təcili pul köçürmələri sisteminin köməyi ilə bir neçə dəqiqə ərzində USD, EUR, həmçinin RUR ilə pul köçürmək və ya qəbul etmək olar.

Hazırda "Bank BTB" ümumilikdə 4 sistem olmaqla, "Western Union", "Contact", "Monex" və "Золотая Корона" ilə əməkdaşlıq edir. Plana əsasən tərəfdaş sistemlərin sayının artırılması nəzərdə tutulub. Xidmətdən Bank BTB-nin bütün filiallarında, həmçinin metroda yerləşən şöbələrində yararlanmaq mümkündür.

Bütün xidmət nöqtələrinin siyahısı http://www.btb.az/ saytında əks edilib. Korporativ saytdan başqa, bank, habelə məhsul və xidmətlərlə bağlı hər hansı sualla Bank BTB-nin xidmət nöqtələrinə və ya https://www.facebook.com/bankbtb facebook səhifəsinə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti