...

Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin bu illə müqayisədə artacağı proqnozlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2013 15:00 (UTC +04:00)
2014-cü ildə əmək pensiyası üzrə xərclər 288,3 milyon manat artırılacaq.
Azərbaycanda əmək pensiyalarının sığorta hissəsinin bu illə müqayisədə artacağı proqnozlaşdırılır

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İ.İzzət/

2014-cü ildə əmək pensiyası üzrə xərclər 288,3 milyon manat artırılacaq. Trend-in məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyevin bu gün Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

E.Mehdiyev bildirib ki, əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 11,2% və ya 128,4 milyon manat artacağı proqnozlaşdırılır.

Bu artımın 27,7 milyon manatı pensiya məbləğlərinin 2014-cü ilin yanvarın 1-dən 3,3%-lik inflasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, qalan hissəsi (100,7 milyon manat) isə xüsusi əlavələr alan (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s.) pensiyaçıların qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldəcəkdir.

Bu artımlardan sonra pensiyaların orta aylıq məbləği 10,8% artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9% artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6% artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4% artaraq 131 manata çatacaqdır. Nəticədə Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaq.

Fondun növbəti il üçün büdcəsinə təsir edən sığorta-pensiya sisteminin özünəməxsus göstəricilərinin dəyişmə ehtimallarına görə, pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım (59,5) proqnozlaşdırılır.

Pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı dəyişmir, məcburi dövlət sosial sığorta haqqının dərəcələri dəyişmir, pensiyaçıların orta illik sayı 1270,8 min nəfər götürülür. Bu cari ilin göstəricisindən 1100 nəfər azdır. O cumlədən yaşa görə pensiyaçıların sayı 788,2 min nəfər, əlilliyə görə pensiya alanların sayının 348,4 min nəfər, ailə başçısını itirməyə görə pensiyaçıların sayının isə 134,2 min nəfər olacağı proqnozlaşdırılır.

Yuxarıdakı reallıqlar, proqnozlar və Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafı üzrə planlaşdırılmış tədbirlərinin gerçəkləşdirilməsi də nəzərə alınmaqla Fondun büdcəsinin gəlir və xərcləri növbəti ilə 2 mlrd 928 milyon 452 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 295,8 milyon manat və ya 11,2 faiz çoxdur. Bu artımın xərclər və gəlirlər üzrə istiqamətləri belədir: Əmək pensiyası üzrə xərclərin artımı +288,3 milyon manat; müavinətlər üzrə artma + 3,2 milyon manat; digər xərclər üzrə artım+ 4,3 milyon manat.

E.Mehdiyev bildirib ki, büdcənin ayrı-ayrı xərc maddələrinin formalaşdırılması mexanizmləri barədə məlumatları diqqətinizə çatdırmaq istərdim. Pensiyaların baza hissəsinə 2014-cü ildə 1 milyard 518,5 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da cari ildəkindən 160 milyon manat çoxdur. Qeyd edilən məbləğin 1 milyard 474,1 milyon manatı bilavasitə pensiyaların baza hissəsinin, 44,4 milyon manatı isə "Əmək pensiyaları haqqında" Qanunun 19-cu maddəsi ilə müəyyənləşdirilmiş əlavələrin ödənişi üçün nəzərdə tutulur.

Əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 11,2% və ya 128,4 milyon manat artacağı proqnozlaşdırılır. Bu artımın 27,7 milyon manatı pensiya məbləğlərinin 2014-cü ilin yanvarın 1-dən 3,3%-lik inflasiya səviyyəsinə uyğun indeksləşdirilmə xərclərinə, qalan hissəsi (100,7 milyon manat) isə xüsusi əlavələr alan (hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və s.) pensiyaçıların qulluq stajına görə əlavələrin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldəcəkdir.

Bu artımlardan sonra pensiyaların orta aylıq məbləği 10,8% artaraq 183 manata, o cümlədən yaşa görə pensiya üzrə 11,9% artaraq 186 manata, əlilliyə görə pensiya üzrə 8,6% artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4% artaraq 131 manata çatacaqdır. Nəticədə Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti