Azərbaycan, Bakı, 19 dekabr /Trend/
Bank BTB müştəri məmnuniyyətini artırmaq məqsədilə, Internet Banking xidməti üzrə yeni tarif təqdim edir. Bankdan Trend-ə verilən məlumata görə, bundan sonra, bankın plastik kartlarına malik olan bütün müştərilərə xidmətə qoşulma və illik istifadə imkanı pulsuz olaraq təqdim olunur.
Internet Banking banka müraciət etməyə ehtiyac olmadan, günün 24 saatı ərzində geniş çeşiddə bank xidmətləri təqdim edir. Bu xidmət müştərilərə hesabındakı cari qalığın izlənməsini, kartdan karta pul vəsaitlərinin köçürülməsi, kartın təcili surətdə blok edilməsi, hesabdan çıxarış və həmçinin digər ödəniş xidmətlərini aparmağa yardımçı olur. Xidmətə qoşulmaq üçün Azericard şəbəkəsində xidmət olunan istənilən bankomatlardan, o cümlədən Bank BTB bankomatlarından, birdəfəlik şifrələri əldə etmək və online qeydiyyatdan keçmək kifayətdir. Internet Banking səhifəsinə https://www.hbservice.com/btb.html ünvanından daxil olmaq olar.
Pulsuz Internet Banking xidməti və premium Visa kartlarına olan endirimlər Bank BTB-nin nağdsız ödənişlər üzrə həyata keçirdiyi təşviqat kampaniyasının bir hissəsidir.
Xidmətə qoşulma haqqında daha ətraflı məlumatı www.btb.az saytından, bankın http://www.facebook.com/bankbtb facebook səhifəsində sual verərək və ya bankın hər hansı xidmət nöqtəsinə müraciət edərək əldə etmək mümküdür.