...

VTB Qrupun vahid bankomat şəbəkəsindən istifadə zamanı tutulan komissiya 1 faizdir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2014 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Bank VTB (Azərbaycan) ASC-nin plastik kart sahibləri VTB qrupun vahid bankomat şəbəkəsindən güzəştli şərtlərlə istifadə edə bilərlər.

Bankdan Trend-ə verilən məlumata görə, belə ki, VTB (Azərbaycan)ın kart sahibləri VTB Qrupun vahid bankomat şəbəkəsindən pul vəsaitlərini çıxararkən nağdlaşdırma komissiyası 1% təşkil edəcək. Bazarda müvafiq komissiya üzrə orta göstərici 2%-dir.

Bankın kredit kartları üzrə də müvafiq göstərici 1% təşkil edəcək və nağd vəsaitlərin çıxarılması zamanı tutulacaq.

VTB Qrupun vahid bankomat sisteminə Azərbaycan, Rusiya, Gürcüstan və MDB ölkələrində olan 6 000-dən artıq ATM daxildir.

Bank VTB (Azərbaycan) ASC-nin ödəniş kartları üzrə idarə rəisi Ulyana Əlixanova: "VTB qrupun vahid bankomat sistemindən istifadə sərfəli olmaqla yanaşı, həm də çox təhlükəsizdir. Belə ki, bu sistem plastik kart sahiblərinə xarici ölkələrdə səfərdə olarkən elektron pulların etibarlı saxlanmasına təminat verir".
Arayış üçün:

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 5 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti