Azərbaycan, Bakı, 6 fevral /Trend/
Yanvarda Bаkı Bаnklаrаrаsı Vаlyutа Birjаsının (BBVB) Birja Elektron Ticarət Sistemində USD/AZN valyuta seksiyasında кеçirilən hərrаclаrın ümumi həcmi 21,350 milyon manat və yaxud dollar ekvivalentində 27,225 milyon təşkil edib.
Kеçirilən hərrаclаrda 9 bаnк iştirак еdib. Bu barədə Trend cümə axşamı BBVB-nin saytına istinadən məlumat verir.
Hesabat ayında 36 ticarət sessiyası keçirilib və 15 əqd qeydə alınıb.
2014-cü ilin yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 13,937 mln. manat və yaxud 38 faiz artıb.
Birja Elektron Ticarət Sistemində (BEST) hərracların həcmi 13,145 milyon manat və yaxud 1,6 dəfə artıb.
Yanvarda Birja Elektron Ticarət Sistemində USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 1,513 milyon dollara çatıbr, halbuki hər əqdin orta həcmi 1,815 milyon dollar təşkil edib.
Hesabat ayında valyuta seksiyasında USD/AZN_TOD üzrə hərracların ümumi həcmi 0,06 faiz - bir ABŞ dolları üçün 0,7835-dən 0,7830 manatadək artıb. Qeyd edək ki, bu alət üzrə dolların manata görə orta ölçülmüş məzənnəsi 0,7842 manat təşkil edib.
Yanvarda BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən cari ilin iyul ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 9,87 %, ABŞ dolları üzrə isə 10,32 % təşkil edib. BakİBİD tarifi 90 gün müddətində manatla illik 4,79% və ABŞ dolları ilə 4,70 % təşkil edib.