...

Azərbaycanın qeyri-neft sektoru dövlət büdcəsinə vergi daxilolmalarının təqribən 42 faizdən çoxunu təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2014 11:33 (UTC +04:00)
2014-cü ilin yanvarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 780,35 milyon manat məbləğində vergi ödənişləri daxil olub ki, bu da 2013-cü ilin yanvar ayının göstəricisindən 4,66 faiz (745,6 milyon manat) çoxdur.
Azərbaycanın qeyri-neft sektoru dövlət büdcəsinə vergi daxilolmalarının təqribən 42 faizdən çoxunu təmin edib

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir E.Əliyev/

2014-cü ilin yanvarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 780,35 milyon manat məbləğində vergi ödənişləri daxil olub ki, bu da 2013-cü ilin yanvar ayının göstəricisindən 4,66 faiz (745,6 milyon manat) çoxdur. Trend-in məlumatına görə, bu barədə nazirliyin yaydığı xəbərdə deyilir.

Məlumatda bildirilir ki, bu məbləğin 48,9 faizi mənfəət vergisinin, 21,2 faizi əlavə dəyər vergisinin, 8,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 9,1 faizi aksizlərin, 12,6 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 330,88 milyon manat (və ya ümumi daxilolmaların həcminin 42,4 faizi) daxil olub. Bu xətt üzrə daxilolmalar ötən ilin analoji dövrü ilə müqayisədə 8,75 faiz, yaxud 26,63 milyon manat artıb.

Nazirlik üçün 2014-cü ildə vergi ödənişləri üzrə proqnoz 7,1 milyard manat həcmində müəyyənləşdirilib.

2014-cü ilin yanvarında 8 662 vergi ödəyicisi dövlət qeydiyyatından keçib. 1 fevral 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 544 981nəfər təşkil edir edir ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 11,4 faiz çoxdur.

Bu ilin yanvar ayı ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 92,2 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti