...

"Xalq Sığorta" daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasından imtina edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2014 12:17 (UTC +04:00)
Ötən il noyabrın 25-dən İcbari Sığorta Bürosunda bu icbari sığorta növü üzrə iştirakına xitam verilməklə həmin sığorta şirkəti müvafiq icbari sığorta növünə münasibətdə Büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılıb.
"Xalq Sığorta" daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasından imtina edib

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir A.Axundov/

"Xalq Sığorta" ASC-nin Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növünün aparılmasına verilmiş icazəsinin könüllü qaydada ləğv edilməsi ilə əlaqədar 25.11.2013-cü ildən İcbari Sığorta Bürosunda bu icbari sığorta növü üzrə iştirakına xitam verilib. Trend xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosunun məlumatında deyilir.

Ötən il noyabrın 25-dən İcbari Sığorta Bürosunda bu icbari sığorta növü üzrə iştirakına xitam verilməklə həmin sığorta şirkəti müvafiq icbari sığorta növünə münasibətdə Büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılıb.

Bununla əlaqədar, qeyd olunan icbari sığorta növü üzrə "Xalq Sığorta" ASC tərəfindən İcbari Sığorta Bürosuna ödənilmiş 100 min manat məbləğində təminat depoziti 27 fevral 2014-cü il tarixində geri qaytarılıb.

Şirkət daşınmaz əmlakın icbari sığortası və avtomobil nəqliyyatı vasitələrinin sahiblərinin məsuliyyətinin icbari sığortası ilə məşğul olmaq hüququnu özündə saxlayır.

"Xalq Sığorta" SŞ 2005-ci ildə yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti