Gürcüstan, Tbilisi, 11 mart /Trend, müxbir N. Kirtsxalia /
Avropa İttifaqı Gürcüstana kiçik fermer kooperativlərinin inkişafı üçün 15 milyon avro ayıracaq.
Bu barədə razılıq Avropa qonşuluq siyasəti proqramı çərçivəsində kənd təsərrüfatının inkişafına (ENPARD) görə dörd qeyri-hökumət təşkilatı ilə imzalanacaq.
Tədbirdə Avropa İttifaqı missiyasının Gürcüstandakı rəhbərinin müavini Boris Yaroşeviç və digər dəvət olunmuş qonaqlar iştirak edəcəklər.