...

İlin əvvəlindən Azərbaycanda 1300-dən artıq gömrük qanunvericiliyinin pozulması faktı qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2014 12:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Axundov/

2014-cü ilin yanvar-fevral aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 1324 inzibati qanun pozuntusu aşkar edilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü DGK-nın hesabatında deyilir.

Onlardan 43-ü qanunsuz keçirməyə cəhd, 41-i əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 1066 isə müvafiq sənədlərin təqdim edilməməsi ilə bağlıdır.

Həmçinin hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 56 fakt qeydə alınıb.

Məlumata görə, 44 fakt qaçaqmalçılıqla, 28-si isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub.

Hesabat dövründə 7,59 kiloqram narkotik vasitə, 10,49 kiloqram psixotrop maddə ələ keçirilib.

Həmçinin aksiz markaları olmadan malların idxalı üzrə bir fakt qeydə alınıb.

Bu faktlar üzrə yanvar-fevral aylarında şübhəli şəxs qismində 66 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti