...

Tackistan və Əfqanıstan arasında əməkdaşlığa dair bir neçə sənəd imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2014 12:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 mart / Trend, müxbir T.Cəfərov /

Kabildə Əfqanıstan prezidenti Hamid Kərzai və Tackistan prezidenti İmomali Rəhman arasında iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı məqsədiilə 6 sənəd imzalanıb. Trend-in məluamatına görə, bu barədə İranın Fars agentliyi məlumat verir.

Məlumata əsasən, Kabildə iki ölkənin aidiyyatı qurumları tərəfindən Əfqanıstan və Tackistan arasnda ikitərəfli əlaqələrinin inkişafına dair müştərək bəyanat, iki ölkənin daxili işlər nazilikləri, gömrük, qarşılıqlı sərmayələrin yatırılması, mədəniyyət, incəsənət və nəşriyyat sahəsində əməkdaşlığın inkişafına dair saziş, həmçinin Tacikistan və Əfqanıstan arasında radio və televiziya sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Prezidentlər arasında aparılan müzakirələrdə hər iki ölkədə sərmayə yatırılması və miqrantlarla bağlı problemlərinin həlli, iki ölkənin parlament, prokurorluq və ədliyyə qurumlarının əməkdaşlıqlarının zəruriliyi vurğulaynıb.

Bundan başqa, dövlət başçıları enerji, ticarət və iqtisadi sahədə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, CASA-1000 elektrik xəttinin, eləcə də Türkmənistan-Əfqanıstan və Tacikistan dəmir yolunun tikilməsinin zəruriliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti