Azərbaycan, Bakı, 10 aprel /Trend/
"PAŞA Həyat Sığorta" ASC-nin nizamnamə kapitalının artırılması ilə bağlı elan etdiyi əlavə emissiyanın yerləşdirilməsi prosesi uğurla başa çatdırılıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, "PAŞA Həyat Sığorta" ASC-nin ümumi sayı 7 000 ədəd olan adi, adlı, sənədsiz səhmlərinin hər birinin nominal dəyəri 3 600 manatdan 5 750 manatadək artırılıb. Bununla da şirkətin nizamnamə kapitalı 59,7% artırılaraq 40,250 mln. manata çatdırlıb.
"PAŞA Holding" Şirkətlər Qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci il fevral ayının 14-dən fəaliyyət göstərir. Şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.