...

"Xalq Sığorta" səhmlərinin nominalını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2014 14:29 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Xalq Sığorta" ASC-nin 30,373 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Xalq Sığorta" səhmlərinin nominalını artırıb

Azərbaycan, Bakı, 1 may /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Xalq Sığorta" ASC-nin 30,373 milyon manat dəyərində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Trend-in QKDK-ya istinadən verdiyi məlumata görə, emissiyanın yerləşdirilməsi 4,11 manat nominalında 7,39 milyon səhmin 3,85 manat nominallı eyni həcmdə səhmə konvertasiyası yolu ilə həyata keçiriləcək.

Səhmlərin nominalının dəyişməsi nəticəsində "Xalq Sığorta"nın nizamnamə kapitalı 6,75 faiz artaraq 28,452 milyon manatdan 30,373 milyon manata çatacaq.

"Xalq Sığorta" ASC 2005-ci ildə təsis edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti