...

"AtaTravel" tələbələr üçün "Karyerada planlaşdırma" təlimi keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2014 11:04 (UTC +04:00)
24 may 2014-cü ildə “AtaTravel” MMC “Excelsior Hotel Baku” otelinin “Bodrum” zalında turizm sahəsində təhsil alan ali təhsil müəssisələrinin 4-cü kurs tələbələri üçün “Karyerada Planlaşdırma” mövzusunda təlim keçirəcək.
"AtaTravel" tələbələr üçün "Karyerada planlaşdırma"
təlimi keçirəcək

Azərbaycan, Bakı, 7 may /Trend/

24 may 2014-cü ildə "AtaTravel" MMC "Excelsior Hotel Baku" otelinin "Bodrum" zalında turizm sahəsində təhsil alan ali təhsil müəssisələrinin 4-cü kurs tələbələri üçün "Karyerada Planlaşdırma" mövzusunda təlim keçirəcək.

MMC-dən Trend-ə verilən məlumata görə, təlimdə iştiak etmək istəyən tələbələr CV-lərini və tələbə kitabçalarının surətini [email protected] ünvanına göndərə bilərlər. Təlimdə tələbələrə CV-nin düzgün yazılması, onların iş axtarma bacarıqlarının inkişaf etdirilməsi, karyeranın qurulması mövzusunda ətraflı məlumat veriləcək.

"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev tədbirlə bağlı qeyd etdi ki, bu təlimin keçirilməsində məqsəd turizm sahəsində təhsil alan tələbələrin gələcəkdə işə düzəlməsinə kömək etməkdir. Biz istəyirik ki, Azərbaycanın turizm sektoruna dünya standartalarının tələblərinə uyğun olan mümkün qədər çox bilikli, təşəbbüskar, istedadlı tələbələr cəlb edilsin.
Təlim Korporativ Sosial Məsuliyyət çərçivəsində keçiriləcək.

Qeyd edək ki, "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilib və Azərbaycanın ən tanınmış holdinqlərdən biri olan, iqtisadiyyatın ayrı-ayrı sektorlarında böyük uğurlara imza atan "AtaHolding" şirkətlər qrupunun törəmə şirkətlərindən biridir. "AtaTravel" turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təklif edir. Şirkət müştərilərə otellər, transferlər, aviabiletlərin, turların əvvəlcədən bronlaşdırılması və viza xidmətləri göstərir. Səyahət sığortası "AtaSığorta" ASC tərəfindən verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti