...

Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 May 2014 15:55 (UTC +04:00)
2014-cü ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,1 faiz bahalaşıb.
Azərbaycanda sərnişindaşıma tarifləri bahalaşıb

Azərbaycan, Bakı, 8 may /Trend/

2014-cü ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2 faiz ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,1 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 6,5 faiz ucuzlaşma, digər xarici ölkələr üzrə 6,9 faiz bahalaşma müşahidə olunub.

Aprel ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,2 faiz, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 13,0 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 3,2 faiz ucuzlaşıb.

Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti