...

"Beynəlxalq Sığorta Şirkəti" kasko sığortası üzrə ən böyük ödənişi həyata keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2014 16:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may /Trend/

"Beynəlxalq Sığorta Şirkəti" bu ilin əvvəlindən indiyədək kasko sığortası üzrə ölkədə ən böyük ödənişi həyata keçirib. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Şirkətin İdarə Heyətinin sədr müavini İlham Ağayev bildirib ki, 112,9 min manatlıq ödəniş "Porcshe Cayenne" markalı avtomobilin qəzaya uğramasına görə edilib.

Hadisə bu il yanvarın 11-də Quba şəhərində baş verib. Avtomobilin sahibi Bakı şəhər sakinidir. Bu avtomobillə bağlı riskin 50%-i isə "Alfa Sığorta" şirkətinin üzərinə düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti