Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Əliyev/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 faiz bəndi (0,01 faiz) ucuzlaşıb.
Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78434 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi: |
|||
5 may |
0,7843 |
12 may |
0,7843 |
6 may |
0,7843 |
13 may |
0,7843 |
7 may |
0,7844 |
14 may |
0,7843 |
8 may |
0,7844 |
15 may |
0,7844 |
9 may |
- |
16 may |
0,7844 |
Həftə ərzində orta |
0,78435 |
Həftə ərzində orta |
0,78434 |
Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7829 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr mayın 12-də 1,628 milyon dollar, mayın 13-də 4,225 milyon dollar, mayın 14-də 0,626 milyon dollar, mayın 15-də 1,005 milyon dollar və mayın 16-da 0,717 milyon dollar həcmində həyata keçirilib.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi: |
|||
5 may |
0,7829 |
12 may |
0,7829 |
6 may |
0,7829 |
13 may |
0,7829 |
7 may |
0,7829 |
14 may |
0,7829 |
8 may |
0,7829 |
15 may |
0,7829 |
9 may |
- |
16 may |
- |
Həftə ərzində orta |
0,7829 |
Həftə ərzində orta |
0,7829 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.