İran, Ərdəbil, 3 iyun /Trend, müxbir T.Cəfərov/
Aslandüz-Horadiz sərhəd keçid məntəqəsinin fəaliyyətinin təmin etmək məqsədilə orada avtomobillərin gediş-gəlişi üçün yeni körpünün inşasına ehtiyac var. Trend-in məlumatına görə, bunu Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş bu gün azərbaycanlı jurnalistlərlə görüşündə deyib.
M.Xudabəxş bildirib ki, hazırda bu sərhəd keçid məntəqəsindən insanların gediş-gəlişi üçün oradakı bəndin üzərindən şərait mövcuddur, lakin iritonnajlı avtomobillər üçün əlavə körpü tikilməlidir.
O, qeyd edib ki, Aslandüz-Horadiz sərhəd keçid məntəqəsinin açılmasında həm İran, həm də Azərbaycan tərəfi maraqlıdır: "İran Xarici İşlər Nazirliyi burada sərhəd keçid məntəqəsinin fəaliyyət göstərməsinə artıq razılığını bildirib".