...

VTB (Azərbaycan) ipoteka proqramına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 10:45 (UTC +04:00)
Bank VTB (Azərbaycan) yeni məhsul - açıq bazar üçün ipoteka kreditləri, habelə bankın tərəfdaş tikinti şirkətlərindən mənzil almaq üçün kreditlər təklif edir.
VTB (Azərbaycan) ipoteka proqramına start verib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Bank VTB (Azərbaycan) yeni məhsul - açıq bazar üçün ipoteka kreditləri, habelə bankın tərəfdaş tikinti şirkətlərindən mənzil almaq üçün kreditlər təklif edir.

Bir il əmək stajı olan və sonuncu iş yerində 6 aydan az olmayaraq işləmiş hər bir Azərbaycan vətəndaşı müvafiq proqram üzrə kredit əldə edə bilər. Əgər borcalan fərdi sahibkardırsa, onun biznes fəaliyyətinin müddəti altı aydan az olmamalıdır.

Kreditin maksimal məbləği 100 000 manatdır, minimal ilkin ödəniş isə 25% təşkil edir. İllik faiz dərəcəsi 12%-dan başlayan kreditin müddəti 10 ildir.

Bank VTB (Azərbaycan) ASC-nin İdarə Heyətinin sədri Aleksand Yeryomin: "Bank VTB (Azərbaycan) ASC-nin ipoteka proqramı müvafiq bazarda kütləvi istehlakçılar üçün nəzərdə tutulmuşdur. Bizim apardığımız araşdırmalar göstərdi ki, bazarda daha yüksək məbləğlərdə kredit götürmək iktidarında olan müştəri seqmenti var, amma bu çox da böyük deyil. Bunu nəzərə alaraq, biz kütləvi istehlakçıların marağını əsas götürərək kredit üzrə maksimal məbləği 100 min manat təyin etdik. İlkin ödəniş bizim məhsul üçün vacib şərtdir. Belə ki, bu müştərinin məsuliyyətini artırır və kredit ödənişi zamanı riskləri azaldır. Biz əminik ki, Bank VTB (Azərbaycan) ASC-nin ipoteka proqramı daşınmaz əmlak əldə etmək arzusunda olan ailələrə sevinc bəxş edəcəkdir".

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti