...

Azərbaycan sığortaçısı avtomobil sığortası üzrə yığımları artırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2014 13:23 (UTC +04:00)
Beynəlxalq Sığorta Şirkəti (BSŞ) avtomobil sığortası üzrə yığmların azalmasını kompensasiya etmək üçün bu sahədə öz məhsullarını hazırlamaq niyyətindədir.
Azərbaycan sığortaçısı avtomobil sığortası üzrə yığımları artırmaq niyyətindədir

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir Emin Əliyev/

Beynəlxalq Sığorta Şirkəti (BSŞ) avtomobil sığortası üzrə yığmların azalmasını kompensasiya etmək üçün bu sahədə öz məhsullarını hazırlamaq niyyətindədir. Trend-in məlumatına görə, bunu çərşənbə günü şirkətin İdarə Heyətinin sədri Məmməd Sadıx Məmmədov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məlum olduğu kimi, Azərbaycan Mərkəzi Bankının bir müddət əvvəl qəbul etdiyi qərar sığorta bazarına ciddi təsir etdi: "Məsələn, ilk yarımillikdə şirkətin KASKO üzrə yığımları il ərzində 62 faiz azalaraq 2,49-dan 0,93 milyon manatadək enib".

Azərbaycan Mərkəzi Bankının (AMB) bir və ya bir-biri ilə bağlı borc alanların qrupları üzrə kredit risklərinin tənzimlənməsi haqda yeni qaydaları martın sonunda qüvvəyə mindi. Avtomobilin alınması üçün kreditlər üzrə ilkin ödəniş nəqliyyat vasitəsinin dəyərinin müvafiq olaraq 40, 50 və 80%-ni təşkil etməlidir.

İdarə Heyətinin sədri qeyd edib ki, BSŞ yeni məhsulların hazırlanması üzərində işləyir: "Bu proses artıq başa çatacaq. Məhsullarımız sığortanın bir neçə növünə aid olacaq. Şirkət avtomobil istiqamətində təkcə bank bazarının tənzimləyicisinin qərarı nəticəsində enişi kompensasiya etmək deyil, həm də avtomobil sığortası üzrə yığımları 1,7 dəfə artırmağı qarşıya məqsəd qoyub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti