...

Mərkəzi Bank: Azərbaycan vətəndaşları "ASAN xidmət" mərkəzlərində kredit tarixi haqqında çıxarış əldə edə bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2014 17:44 (UTC +04:00)
İlin əvvəlindən Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 10 mindən artıq vətəndaş müraciət edib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə AMB-də "Açıq qapı günü" xidmətin rəhbəri Elçin Həbibov bildirib.
Mərkəzi Bank: Azərbaycan vətəndaşları "ASAN xidmət" mərkəzlərində kredit tarixi haqqında çıxarış əldə edə bilərlər

Azərbaycan, Bakı, 17 iyul /Trend, müxbir Emin Əliyev/

İlin əvvəlindən Azərbaycan Mərkəzi Bankı yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə 10 mindən artıq vətəndaş müraciət edib. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə AMB-də "Açıq qapı günü" xidmətin rəhbəri Elçin Həbibov bildirib.

E.Həbibov deyib: "Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti pulsuz əsaslarla borcluların kredit tarixi haqqında çıxarış təqdim edir. Bu xidmət yalnız kredit təşkilatları üçün ödənişlidir. Bundan əlavə, reyestrin əməkdaşları Bakıdakı iki "ASAN xidmət" mərkəzində iştirak edirlər".

Onun sözlərinə görə, xidmət belə çıxarışı yalnız borcluların özlərinə verə bilər.

Həbibov əlavə edib: "Kredit reyestrinə sorğunu AMB-nin rəsmi saytı vasitəsilə də göndərmək olar. Sorğu göndərən şəxsin şəxsiyyətinin təsdiqlənməsi bu halda elektron imza - "ASAN imza"nın köməyi ilə həyata keçirilir".

AMB yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir.

Fiziki şəxs üçün bir sorğuya görə tarif 1,1 manat, hüquqi şəxs üçün iki manat təşkil edir. Kredit reyestri kommersiya məqsədləri güdmür, tariflər inzibati xərclər üçün tətbiq edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti