Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İlahə Məmmədli/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.
Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78428 manat səviyyəsində müəyyən olunub.
| ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi: | |||
| 14 iyul | 0,7844 | 21 iyul | 0,7843 | 
| 15 iyul | 0,7844 | 22 iyul | 0,7843 | 
| 16 iyul | 0,7844 | 23 iyul | 0,7843 | 
| 17 iyul | 0,7843 | 24 iyul | 0,7843 | 
| 18 iyul | 0,7843 | 25 iyul | 0,7842 | 
| Həftə ərzində orta | 0,78436 | Həftə ərzində orta | 0,78428 | 
Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7829 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib: iyulun 21-də 5,773 milyon dollar; iyulun 22-də 3,98 milyon dollar və iyulun 24-də 2 milyon dollar; iyulun 23 və 25-də sövdələşmələr bağlanmayıb.
| ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi: | |||
| 14 iyul | 0,7829 | 21 iyul | 0,7829 | 
| 15 iyul | 0,7829 | 22 iyul | 0,7829 | 
| 16 iyul | 0,7829 | 23 iyul | 0,7829 | 
| 17 iyul | 0,7829 | 24 iyul | 0,7829 | 
| 18 iyul | 0,7829 | 25 iyul | 0,7829 | 
| Həftə ərzində orta | 0,7829 | Həftə ərzində orta | 0,7829 | 
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
