...

"AtaBank"ın filialları ödəniş terminalları ilə təchiz olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Sentyabr 2014 16:33 (UTC +04:00)
Müştəri xidmətləri səviyyəsinin artırılması üçün "AtaBank" ASC bir sıra filial və şöbələrində (Baş ofis, Monolit, Nəsimi, Səbail, Sumqayıt, Xaçmaz, Naftalan, Bakı filiallarında və MKX-Gəncə, Çinar şöbələrində) MilliÖN ödəniş terminalları quraşdırıb.
"AtaBank"ın filialları ödəniş terminalları ilə təchiz olunub

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Müştəri xidmətləri səviyyəsinin artırılması üçün "AtaBank" ASC bir sıra filial və şöbələrində (Baş ofis, Monolit, Nəsimi, Səbail, Sumqayıt, Xaçmaz, Naftalan, Bakı filiallarında və MKX-Gəncə, Çinar şöbələrində) MilliÖN ödəniş terminalları quraşdırıb. Bu barədə Trend-ə bankdan məlumat veriblər.

Artıq müştərilər "AtaBank" ASC-nin filiallarında MilliÖN - ödəniş köşkləri vasitəsilə kommunal ödənişləri, kabel və peyk televiziyası, internet provayderləri, mobil operatorları və Ekspress kreditləri ödəyə bilərlər. Kredit borcu ilə ödəniş həyata keçirmək üçün müştəri bankdakı eyniləşdirmə nömrəsini bilməlidir.

Kredit ödənişi nağd şəklində terminal vasitəsilə qəbul olunur. Yerindəcə müştəri ödəniş qəbzi alır və səhəri gün, kreditin ödənişini təsdiq edən SMS bildiriş alır.

1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı, universal bankdır. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmət spektrini təqdim edir.

"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər bankın sosial şəbəkədəki səhifəsini ziyarət edə bilərsiniz - www.facebook.com/atabank

Məqalədə:
Xəbər lenti

Xəbər lenti