...

Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin baş icraçı direktoru ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2015 23:30 (UTC +04:00)
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev bp şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Böyük Britaniyanın bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə "Cənub" qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyəti və Azərbaycanın bu sahədə rolu yüksək dəyərləndirildi.

Söhbət zamanı bp ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti