...

Azərbaycan: aşağı neft qiymətləri şəraitində inkişaf

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Yanvar 2015 18:15 (UTC +04:00)
Dünyanın neft hasilatı ölkələri (həm də təkcə onlar deyil) neftin qiymətlərinin düşməsi ilə əlaqədar böhran əleyhinə planlar qəbul etdikləri halda, Azərbaycan yalnız onlara yanaşma üzrə prioritetlikləri dəyişməklə qarşıya qoyulmuş bütün məsələlərin reallaşdırılmasını davam etdirir.
Azərbaycan: aşağı neft qiymətləri şəraitində inkişaf

Azad Həsənli - Trend:

Dünyanın neft hasilatı ölkələri (həm də təkcə onlar deyil) neftin qiymətlərinin düşməsi ilə əlaqədar böhran əleyhinə planlar qəbul etdikləri halda, Azərbaycan yalnız onlara yanaşma üzrə prioritetlikləri dəyişməklə qarşıya qoyulmuş bütün məsələlərin reallaşdırılmasını davam etdirir.

Bunun əyani sübutu Prezident İlham Əliyevin yanvarın 27-də Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun çıxışıdır.

Dövlət başçısının bu çıxışını mübaliğəsiz olaraq proqram çıxışı adlandırmaq olar. Prezident İlham Əliyev faktiki olaraq yaxın illər ərzində Azərbaycanın əsas inkişaf yollarını müəyyən etdi. Əlbəttə, ölkənin inkişaf proqramı həmişə olub, amma bu gün neftin qiymətlərinin aşağı olduğu şəraitdə böyük aktuallıq və əhəmiyyət kəsb edir.

İqtisadiyyatın qeyri-neft sektorunun inkişafının Azərbaycan üçün prioritet olduğu artıq çoxdan qeyd edilir. Bu gün ölkə iqtisadiyyatın qeyri-neft sektorunun enerji sektorunu xeyli üstələməsinə nail ola bilib. Respublika qarşısında yeni perspektivlər durur - ixracyönümlü yüksək texnologiyalı məhsulların istehsalı, xarici bazarlara çıxış. Dövlət başçısının qeyd etdiyi kimi, "kənd təsərrüfatı məhsullarının istehsalı, daxili tələbatın ödənilməsi və ixracı bir sistem olmalıdır".

Dövlət başçısının misal çəkdiyi Azərbaycanın istehsal potensialına dair rəqəmlər xüsusilə təsir buraxır. Onlar hazırkı vəziyyətdə daxili tələbatı təmin edən mövcud istehsalı dəfələrlə üstələyir. Yəni onu bir neçə dəfə artırmaqla Azərbaycan iri ixrac potensialı yaradacaq.

Bütün bunlar, eləcə də bu gün ölkənin regionun ən sürətlə inkişaf edən iqtisadiyyatına malik olması, yeni müəssisələrin yaradılmasına investisiyaların cəlb edilməsi potensialı, inkişaf etmiş nəqliyyat infrastrukturu faktı nəzərə alınarsa, Azərbaycan iri ixracatçıya çevrilə bilər. Həm də yaxınlıqdakı bazarlarda investisiyaların olmaması onları xaricdən mal idxalından asılı edir.

Dövlət başçısı öz nitqində Azərbaycan inkişaf modelinin mövcudluğunu qeyd edib.

Prezident İlham Əliyev deyib: "Vaxtında real sektora, infrastruktura investisiya qoymayan ölkələr bu gün peşman olurlar. Onlar bu işə indi başlayırlar, amma artıq gecdir. İndi neftin qiyməti düşəndən sonra böyük investisiya qoymaq o qədər də asan məsələ deyil. Biz hər şeyi vaxtında etməli idik və etmişik. Ona görə deyəndə ki, bu gün Azərbaycan modeli var, biz səhv etmirik. Bu model var və bu model başqa tərəflər üçün də maraq doğurur".

Yəni bu gün Azərbaycan energetikadan əldə olunan gəlirlərdən və "neft bumu" dövründəki yüksək inkişafdan düzgün istifadə etmək imkanlarını nümayiş etdirib. Bu gün ölkə Azərbaycan modelini davam etdirir və bütün dünyaya hasilat ölkəsinin neftin qiymətlərinin aşağı olduğu vaxtda inkişafı davam etdirdiyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti