...

Azərbaycanda 800-ə yaxın müəssisə və obyekt özəlləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2015 18:53 (UTC +04:00)
Ötən il Azərbaycanda 800-ə yaxın müəssisə və obyekt özəlləşdirilib.
Azərbaycanda 800-ə yaxın müəssisə və obyekt özəlləşdirilib

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Ötən il Azərbaycanda 800-ə yaxın müəssisə və obyekt özəlləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, bu barədə Komitədə 2014-cü ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilmiş geniş müşavirədə bildirilib.

Bildirilib ki, 2014-cü ildə kiçik özəlləşdirmə formasında 770-dən çox müəssisə və obyekt, 650-yə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. 530-dan çox qeyri-yaşayış sahəsi və 400-dən çox torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.

Səhmlərin özəlləşdirilməsi üzrə keçirilmiş 52 pul hərracında 33 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 28,2 milyon manat məbləğdə investisiya qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti