...

“ExpressPay” ödəniş terminallarında "Azeronline" üzrə ödəmələr əlavə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2015 11:39 (UTC +04:00)
“ExpressPay” ödəniş terminallarına "Azeronline" İnternet provayderi üzrə ödəmələr əlavə olunub.
“ExpressPay” ödəniş terminallarında "Azeronline" üzrə ödəmələr əlavə olunub

Azərbaycan, Bakı, 3 fevral /Trend/

"ExpressPay" ödəniş terminallarına "Azeronline" İnternet provayderi üzrə ödəmələr əlavə olunub. Artıq müştərilər İnternet üzrə ödəmələrini terminallarda ödəyə bilərlər.

Hazırda ödəniş terminallarında "ExpressPay"k-a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, bank Nikoil, Bakcell və NarMobile mobil operatoru, AzərEnerji kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, Azərsu, Ailə TV və Ailə Net, KATV1 və SNTV (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və İnternet provayderi, Data plus və Qlobal Networks İnternet provayderləri üzrə ödənişləri, BTRİB, AzEuroTel, Bakinternet, AzDataKom, Aztelekom və AztelekomNet (Bakı, Abşeron və Sumqayıt), həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur.

"ExpressPay"-ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 160-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti