...

"Neftin qiymətinin aşağı enməsi manata təzyiqi artırıb"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2015 11:53 (UTC +04:00)
"Dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb".
"Neftin qiymətinin aşağı enməsi manata təzyiqi artırıb"

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir Hüseyn Vəliyev/

"Dünya bazarında xam neftin qiymətinin aşağı enməsi, onun ortamüddətli dövrdə 50-60 dollar səviyyəsində proqnozlaşdırılması, bu fonda dolların bahalaşması, Azərbaycanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının ucuzlaşması manata təzyiqi artırıb və hökumət qabaqlayıcı tədbirlər görür". Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Bakıda keçirilən Azərbaycan İnvestisiya Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dünyada böhranların sıxlığının artması, əhatəsinin genişlənməsi, geosiyasi risklərin və iqtisadi təzyiqlərin yüksəlməsi digər ölkələr kimi, əlbəttə, Azərbaycanın da qarşısında çağırışlar qoyur.

S.Həsənova qeyd edib ki, mövcud şəraitdə görülən bütün işlərin, əldə olunan bütün nailiyyətlərin əhəmiyyəti dəfələrlə artır: "Eyni zamanda, qarşıda qoyduğumuz prioritetlərin də həyata keçirilməsinin sürətləndirilməsinin zərurəti də artır ki, biz öz amallarımıza, hədəflərimizə nail olaq, iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyini artıraq, makroiqtisadi sabitliyi qoruyaq, qeyri-neft sektorunun inkişafını təmin edək".

Nazir müavini bildirib ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı real ifadədə 3 dəfə, dövlət büdcəsi 13 dəfə artıb, ölkəyə yatırılan investisiyaların həcmi 177 mlrd. dollar olub ki, bunun da 123 mlrd. dolları qeyri-neft sektoruna yönəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti