...

EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru Azərbaycan İnvestisiya Sammitində təqdimatla çıxış edib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2015 18:07 (UTC +04:00)
EY Azərbaycan 17 mart 2015-ci il tarixində “Four Seasons” mehmanxanasında “The Economist” jurnalının təşkilatçılığı ilə keçirilmiş Azərbaycan İnvestisiya Sammitinin Qızıl sponsorudur.
EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru Azərbaycan İnvestisiya Sammitində təqdimatla çıxış edib (FOTO)

Azərbaycan, Bakı, 17 mart /Trend/

EY Azərbaycan 17 mart 2015-ci il tarixində "Four Seasons" mehmanxanasında "The Economist" jurnalının təşkilatçılığı ilə keçirilmiş Azərbaycan İnvestisiya Sammitinin Qızıl sponsorudur. Tədbir zamanı EY şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru cənab İlqar Vəliyev iqtisadi müxtəliflik və qeyri-neft sektorunun payının artırılmasına həsr olunmuş panel müzakirəsində çıxış etmişdir.

Sammit keçid dövrünü yaşayan ölkələr üçün səciyyəvi olan imkan və çətinlikləri müzakirə etmək məqsədilə 150-dən artıq siyasətçi, sənaye rəhbərləri, nüfuzlu dövlət və elm liderləri, investorlar və QHT nümayəndələrindən ibarət olan beynəlxalq auditoriyanı bir araya gətirdi.

İlk panel müzakirəsi hökumətin "Azərbaycan 2020: Gələcəyə baxış" proqramının əsas elementi olan iqtisadi müxtəlifliyə həsr olunmuşdur. Cənab Vəliyev bu sessiyada PAŞA Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktor cənab Taleh Kazımov, "Holcim" şirkətinin Avropa regionu üzrə rəhbəri cənab Horia Adrian, Avropa Yenidənqruma və İnkişaf Bankının aparıcı iqtisadçısı cənab Dimitri Qvindadze və "AZPROMO" şirkətinin prezidenti Rüfət Məmmədov ilə birlikdə iştirak etdi.

Panel iştirakçıları qeyri-neft sektorunun və sahibkarlar üçün biznes mühitinin hökumət tərəfindən təşviq edilməsinin əhəmiyyətliliyini vurğuladılar. Cənab Vəliyev qeyd etdi ki, Azərbaycan iqtisadiyyatının inkişafında diqqətəlayıq tərəqqi etmişdir. "Ümid edirəm ki, neft gəlirlərini davamlı inkişaf edən iqtisadi gələcəyə yönəltməklə biz neft sektorunun hüdudlarından kənarda da böyük nailiyyətlər əldə edəcəyik. Azərbaycanda tənzimləyici sistemin, infrastrukturun və sahibkarlıq fəaliyyətinin inkişafı və kapital bazarlarına çıxış mühüm məsələlərdəndir. Bu amillər ölkədə iqtisadi mühitin inkişaf etməsinə təkan verəcək," deyə o, söylədi.

Cənab Vəliyev həmçinin Azərbaycanın biznes mühitini inkişaf etdirmək üçün hansı əhəmiyyətli dəyişikliklərin edilməli olduğuna dair fikirləri ilə bölüşdü. "Orta sinfin inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə təkan vermə və ümumilikdə infrastrukturun və biznes mühitinin yaradılması insanların heç bir maneə olmadan müvəffəq olmaları və inkişaf etmələri üçün əhəmiyyətlidir. Hökumət biznes layihələrini maliyyələşdirməyə və dəstəkləməyə davam edir, bu isə Azərbaycan üçün strateji baxımdan önəmlidir və bank əməliyyatları və vergilərin ödənilməsi kimi elektron xidmətlərin çox əhəmiyyətli inkişafına gətirib çıxarmışdır. Bu cür yeniliklər fərdi sahibkarlıq layihələrini təşviq edir. Eyni zamanda, biz sahibkarları hüquqlarını bilmələri üçün təlimləndirməliyik", deyə cənab Vəliyev əlavə etdi.

Cənab Vəliyev qeyd etdi ki, hökumət regional partnyorlarla əməkdaşlıq etməyə hazırdır və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi müxtəlif sektorların inkişafına xidmət edən investisiyaların cəlb edilməsi ilə nəticələnəcək. "Tarazlı iqtisadiyyat yalnız neft sənayesinə yönəlmiş deyil, həm də özəl sektorun bazarda uğur əldə etməsinə imkan verən iqtisadiyyatdır. Bu biznes üçün yeni imkanlar açacaq və mən qəti inanıram ki, Azərbaycan bu vəziyyətdən əvvəllər olduğundan da güclü çıxacaq" deyə o, fikrini tamamladı.

2015-ci ilin Azərbaycan İnvestisiya Sammiti regional və beynəlxalq icmalara iqtisadi müxtəlifliyə dair təcrübələrini paylaşmaq və bölgədə investisiya mühitinə dair müsbət perspektivi müzakirə etmək üçün əla imkan yaratmışdır.

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də müştərilərin ehtiyacalarına uyğun olaraq öz xidmət və resurslarını genişləndirir. Moskva, Sankt Peterburq, Bakı, Vladivostok, Yekaterinburq, Almatı, Astana, Kazan, Kiyev, Daşkənd, Minsk, Tbilisi və digər şəhərlərdə fəaliyyət göstərən 21 ofisdə 4,800 mütəxəssis çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyəti üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 20 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

2014-cü il EY-ın Azərbaycanda fəaliyyət göstərməsinin 20-ci il dönümü olmuşdur. Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti