...

AXA MBASK-ın “Yaşıl gələcək” aksiyası (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2015 11:03 (UTC +04:00)
AXA MBASK Sığorta şirkəti sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi vurğulayır.
AXA MBASK-ın “Yaşıl gələcək” aksiyası (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

AXA MBASK Sığorta şirkəti sığorta üzrə dünya lideri AXA Qrupunun bir hissəsi olaraq daima öz fəaliyyətini cəmiyyət qarşısında ictimai məsuliyyətinin bir hissəsi kimi görür.

AXA MBASK korporativ sosial məsuliyyət çərçivəsində Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Yaşıl gələcək" adlı ekoloji aksiya keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, aksiyanın gedişatı zamanı şirkətin əməkdaşları Aran Bölqəsi filialının sığorta agentləri ilə birlikdə M.F.Axundov adına parkda 50-dən çox Eldar Şamı ağacı əkiblər.

İşlər təcrübəli aqro-texnikin rəhbərliyi altında həyata keçirilib. Bağın əməkdaşları peşəkar təlimat aparıblar. Təlimat zamanı aksiya iştirakçıları ağaclarının düzgün əkilmə qaydaları ilə əyani surətdə tanış olmuş, zəruri inventar və suvarma üçün su ilə təmin ediliblər.

Qeyd etmək lazımdır ki, aksiyanın əsas məqsədi regionlarda ekoloji mədəniyyət və təhsil sahəsində inkişafına nail olmaq, eləcə də əhalidə ətraf mühitin vəziyyətinə dair şəxsi məsuliyyət hissini formalaşdırmaqdır.

Sığorta bazarının liderlərindən biri olan AXA MBASK, SŞ 2010-cu ildən etibarən, şirkətin mövcud biznes proseslərinə AXA beynəlxalq standartlarının tətbiqi prosesinə başlayıb.

Sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışların inkişafı planı həyata keçirilməklə qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

Avropa keyfiyyətli xidmət, habelə ödənişlərin vaxtlı-vaxtında və tam həyata keçirilməsi şirkətin qısa zaman ərzində "İlin sığorta şirkəti" kimi səkkiz beynəlxalq və milli mükafatlara layiq görülməsinə gətirib çıxarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti