...

Bank VTB kreditlərin manatla verilməsini bərpa edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2015 18:41 (UTC +04:00)
Bank VTB (Azərbaycan) iyunun sonundan etibarən manatla olan kreditlərin verilişini bərpa edəcək.
Bank VTB kreditlərin manatla verilməsini bərpa edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Bank VTB (Azərbaycan) iyunun sonundan etibarən manatla olan kreditlərin verilişini bərpa edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə bankın "Sahil" filialının direktoru Böyükağa Məmmədov bankın təşkil etdiyi press-tur zamanı deyib.

Onun sözlərinə əsasən, hazırda kreditlər yalnız dollarla verilir: "Çünki biz daxili maliyyə mənbələrindən bu məqsədlərə vəsait ayırırıq, kreditlərin manatla verilməsi isə Azərbaycan Mərkəzi Bankının ayırdığı resurslar sayəsində mümkün olacaq".

B.Məmmədov qeyd edib ki, "Sahil" filialı əsasən istehlak kreditləri, o cümlədən avtomobil kreditlərinin verilməsi ilə məşğul olur: "Bankın filialının depozit portfeli yalnız fiziki şəxslərin hesabına formalaşır. Hazırda filialın kredit portfeli 10,232 milyon manat təşkil edir, ilin sonunadək isə 19 milyon manatadək artacaq (2014-cü ildəki 8,7 milyon manata nisbətdə). Ümumi portfeldə problemli kreditlərin payı cəmi 2 faiz təşkil edir. Filialın depozit portfeli 6,053 milyon manatdır".

O, əlavə edib ki, filial ötən ili 42 min manat mənfəətlə başa vurub, 2015-ci ilin birinci rübündə bu göstərici 18,5 min manat təşkil edib: "2015-ci ilin sonuna mənfəətin həcminin 80 min manat təşkil edəcəyi gözlənilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti