...

Bank VTB tender elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2015 10:26 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ASC Azərbaycan Respublikasının hüdudları daxilində kuryer xidmətlərinin göstərilməsi üzrə tender elan edir.
Bank VTB tender elan edir

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Bank VTB (Azərbaycan) ASC Azərbaycan Respublikasının hüdudları daxilində kuryer xidmətlərinin göstərilməsi üzrə tender elan edir.

Bankdan Trend-ə verilən məlumata görə, tender sənədləri ilə Bankın Xətai prospekti, 38, Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar.

Tender təklifiləri üzərində sənədlərin siyahısı bərkidilmiş qeyri-şəffaf zərfdə bağlanmış və kontragentin möhürü ilə möhürlənmiş şəkildə (əgər kontragent fərdi sahibkardırsa, imzalanmış) və 08 iyul 2015-ci il saat 16:00-dan gec olmayaraq bağlı və möhürlənmiş qeyri-şəffaf zərfdə (içindəkilərin möhürlənmiş və imzalanmış siyahısı əlavə olunmaqla) Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., ev 38 Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə (Tender) komitəsi.
Əlaqələndirici şəxs: Rüfət Sultanov
Telefon: 012 492-00-80 (daxili nömrə 1252)
Faks: 012 437-71-21
Mob.: 050 286-00-87

Məqalədə:
Xəbər lenti

Xəbər lenti