...

Turizm şirkətləri Bakı-Antalya aviareysləri üzrə şərtləri açıqladı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2015 17:57 (UTC +04:00)
Turizm şirkətləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) loukost reysləri çərçivəsində Türkiyə istiqaməti üzrə uçuşların şərtlərini açıqlayıb.
Turizm şirkətləri Bakı-Antalya aviareysləri üzrə şərtləri açıqladı

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir Azad Həsənli/

Turizm şirkətləri "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) loukost reysləri çərçivəsində Türkiyə istiqaməti üzrə uçuşların şərtlərini açıqlayıb. Trend-in məlumatına görə, uçuşlar avqustun 7-dən oktyabrın 23-dək hər həftənin I, III və V günləri həyata keçiriləcək.

Bununla belə, uçuşlarda sadəcə 5 kiloqram həcmində əl baqajlarına icazə verilir. Əlavə 23 kiloqramadək qədər olan baqajlar üçün Bakı-Antalya istiqaməti üzrə 50 manat, Antalya-Bakı istiqaməti üzrə isə 50 dollar ödəmək lazım olacaq.

Bundan başqa, bu siniflər üzrə "miles" ballar hesaba əlavə olunmur. Yerlər məhdud saydadır. Maksimal qalma müddəti 1 aydır. Biletin qiyməti günün valyuta məzənnəsinə əsasən hesablanıb və məzənnə fərqinə görə biletin qiyməti dəyişə bilər.

Bu istiqamət üzrə aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.

Qeyd edək ki, Bakı-Antalya-Bakı reysi üzrə aviabiletin qiyməti 248-258 manat arasında dəyişir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti