...

Bazarstore mağazalar şəbəkəsi ölkənin ən böyük supermarketini açdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2015 13:41 (UTC +04:00)
Bazarstore mağazalar şəbəkəsi ölkənin ən böyük supermarketini açıb.
Bazarstore mağazalar şəbəkəsi ölkənin ən böyük supermarketini açdı (FOTO)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Bazarstore mağazalar şəbəkəsi ölkənin ən böyük supermarketini açıb. Mağaza sentyabrın 18-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində istifadəyə verildi.

9000 m2 satış sahəsinə malik mağazada 30 000-dən çox çeşiddə məhsul satılır. 2 mərtəbəli mağazada gündəlik tələbat məhsulları ilə yanaşı, uşaq geyimləri, bir-birindən maraqlı kitablar, kosmetika, mebel, elektrikli məişət əşyaları, hər zövqə uyğun qab-qacaq çeşidləri təklif edilir.

2 eskalator, və liftlərlə müştərilərə mağazada rahat alış-veriş üçün şərait yaradılıb. Bu supermarket alış-veriş zamanı ailəvi istirahət üçün də əlverişli məkandır. Mağazanın 200 yerlik qapalı avtoparkı müştərilər üçün ödənişsizdir.

2-ci mərtəbədə balacaların rahat əylənə biləcəyi oyun sahəsi xidmət göstərir. Zövqlü Alış-verişin yorğunluğunu isə vitrinlərindəki ləzzətli təamları ilə göz oxşayan, rahat, işıqlı kafedə çıxarmaq olar. Ölkənin ən böyük supermarketinin yerləşdiyi ərazi də müştərilərin rahat gediş-gəlişi üçün uyğundur.

Şəhərin müxtəlif istiqamətlərindən gələn 55,22,81,49 saylı avtobuslar düz mağazanın qarşısından keçir. Açılış münasibəti ilə mağazada endirimli və hədiyyəli kampaniya təşkil edilib. Sentyabrın 23-dək davam edəcək kampaniyada bir sıra qida və qeyi qida məhsulları rəflərdə müştərilərin yolunu gözləyir.

Supermarketdə istehlakçılar tərəfindən sevilən bir neçə brend mağaza kiçik şöbələri ilə fəaliyyət göstərir. Bazarstore Mağazalar şəbəkəsi yeni filiallar açmaqla yeni iş yerlərinin açılması, mağazaya məhsul tədarük edən 10-larla şirkətin fəaliyyətini genişləndirməsi üçün imkanlar yaradır.

Təkcə yeni açılan bu supermarketdə 130 nəfər işlə təmin olunub ki, bunun da 60 nəfəri tədarükçü firmaların nümayəndələridir. Mağazlar şəbəkəsi Azərbaycanda İSO Beynəlxalq Keyfiyyət sertifikatına malik ilk və tək mağazalar şəbəkəsi olaraq müştəriyə təqdim etdiyi hər bir məhsulun keyfiyyətinə böyük önəm verir.

Burada gündəlik təlabat məhsullarının təzəliyinə və keyfiyyətinə zəmanət verilir. Müştərilərə hər zaman təzə, halal, qida mütəxəssisləri tərəfindən yoxlanılmış ət və ət məhsulları təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti