...

EY Azərbaycan "Baku Interior Awards" müsabiqəsində mükafat qazandı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2015 16:57 (UTC +04:00)
28 noyabr 2015-ci il tarixində EY şirkətinin Azərbaycandakı ofisi “Bulvar Hotel Baku” mehmanxanasının Konfrans zalında Azərbaycanın ən yaxşı ofis interyerlərini yarışdıran “Baku Interior Awards” müsabiqəsində iştirak etdi.
EY Azərbaycan "Baku Interior Awards" müsabiqəsində mükafat qazandı (FOTO)

Bakı. Trend:

28 noyabr 2015-ci il tarixində EY şirkətinin Azərbaycandakı ofisi "Bulvar Hotel Baku" mehmanxanasının Konfrans zalında Azərbaycanın ən yaxşı ofis interyerlərini yarışdıran "Baku Interior Awards" müsabiqəsində iştirak etdi. Design Dialogue tərəfindən Azərbaycanın Memarlar İttifaqı ilə birlikdə təşkil olunmuş bu tədbirdə 20-dən artıq şirkət iştirak etdi. Bütün gün davam edən bu tədbir iki interaktiv sessiyadan ibarət olmuş, sonra şam yeməyi verilmişdir. Ziyarətçilər son illər Azərbaycanda həyata keçirilən ən görkəmli memarlıq layihələrinin sərgisi ilə tanış oldular.

EY Azərbaycan "Komfort və Erqonomika" nominasiyası üzrə mükafat qazandı.

EY şirkətinin Azərbaycandakı filialının rəhbər müavini Rişad Dadaşev öz fikirləri ilə bölüşdü: "Mən EY şirkətinin Bakıdakı ofisini daha bir nailiyyəti ilə təbrik edir və olduqca faydalı və maraqlı bir tədbir olan "Baku Interior Awards 2015" müsabiqəsinin keçirilməsinə görə Design Dialogue şirkətinə xüsusi minnətdarlığımı bildirirəm. Həmçinin, layihəmizin həyata keçirilməsində iştirak etmiş hər kəsə, o cümlədən təşəbbüsümüzü dəstəkləmiş və bütün proses boyu bizə əvəzolunmaz kömək göstərmiş Moskva həmkarlarımızı, peşəkarlıq, mühüm nəticələr və çeviklik nümayiş etdirmiş baş podratçımız Global Interiors Group şirkətini, eləcə də peşəkar yardım və bilik mübadiləsinə görə layihə menecerlərimiz təşəkkür edirəm. Ayrıca olaraq, şirkətimizin Azərbaycan üzrə idarəedici partnyoru, İlqar Vəliyevin layihəmizin uğurla həyata keçirilməsi üçün böyük önəm daşıyan etimadına, səbrinə və vaxtında layihəyə qoşulmasına görə şəxsi minnətdarlığımı bildirmək istəyirəm. Hamını təşəkkür edirəm! "

EY haqqında

EY audit, vergi, əməliyyatların müşayiət edilməsi və məsləhət xidmətləri üzrə qlobal liderdir. Dərin biliklər və göstərdiyimiz keyfiyyətli xidmətlər bizə bütün dünyada kapital bazarlarının və iqtisadiyyatların etibarını qazanmağa kömək edir. Biz bütün maraqlı tərəflərə verdiyimiz vədləri təmin edən komanda toplamaq üçün görkəmli liderlər yetişdiririk. Bunu etməklə, biz insanlarımız, müştərilərimiz və cəmiyyətlərimiz üçün daha yaxşı iş dünyasının qurulmasında mühüm rol oynayırıq.

EY bütün MDB-də fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq edir və biznes məqsədlərinə çatmaqda onlara kömək edir. MDB-də (Moskva, Sankt-Peterburq, Novosibirsk, Kazan, Krasnodar, Rostov-na-Donu, Tolyatti, Vladivostok, Almatı, Astana, Bişkək, Bakı, Kiyev, Daşkənd, Tbilisi, Minsk və digər yerlərdə) yerləşən 20 ofisdə 4,500 peşəkar çalışır.

EY qlobal təşkilatdır və EY dedikdə, Ernst & Young Global Limited qlobal şirkətlər qrupunun bir və ya bir neçə üzvü nəzərdə tutulur. Hər bir üzv ayrıca hüquqi şəxsdir. EY Global Limited, məsuliyyətli üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmətlər göstərmir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: www.ey.com

EY Azərbaycanda

EY 21 il bundan əvvəl Bakıda ofis açmaqla Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə xidmət göstərən 170-dan çox işçi çalışır. EY-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, EY-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti