...

"Moody’s" Azərbaycanın reytinqini əvvəlki səviyyədə saxlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2015 11:10 (UTC +04:00)
"Moody’s Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın hökumət istiqrazlar və emitent reytinqini "Baa3" səviyyəsində saxlayıb.
"Moody’s" Azərbaycanın reytinqini əvvəlki səviyyədə saxlayıb

Bakı. Azad Həsənli - Trend:

"Moody's Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycanın hökumət istiqrazlar və emitent reytinqini "Baa3" səviyyəsində saxlayıb. Proqnoz "Sabit"dir.

Trend bu barədə agentliyin saytına istinadən məlumat verir.

Agentliyin məlumatına görə, reytinqin saxlanılması bir neçə amilə əsaslanır: "İlk növbədə bu, ÜDM-in 60 faizi səviyyəsində olan Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin böyük həcminin dəstəklədiyi Azərbaycanın fiskal dayanaqlığıdır və "Moody's" gözləyir ki, 2016-cı ildə dövlət borcunun ÜMD-mə nisbəti 25 faizdən aşağı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti