...

Bank BTB-nin Müşahidə Şurasına yeni sədr təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2015 09:30 (UTC +04:00)
Bank BTB-da 3-cü rübün yekunlarına həsr olunmuş iclas keçirilib.
Bank BTB-nin Müşahidə Şurasına yeni sədr təyin olunub

Bakı. Trend:

Bank BTB-da 3-cü rübün yekunlarına həsr olunmuş iclas keçirilib. Trend-in məlumatına görə, mürəkkəb iqtisadi vəziyyətə baxmayaraq cari ilin 3-cü rübü üzrə fəaliyyətin nəticəsi olaraq, bank 132.41 min manat mənfəət əldə edib. 2015-ci ilin 3-cü rübün sonuna bankın aktivləri 156 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 14 mln. manat artım deməkdir.

Xatırladaq ki, bir müddət öncə Bank BTB ASC əlavə səhm emissiyası vasitəsi ilə nizamnamə kapitalını 2 mln. manat həcmində artırmaq niyyətini, yeni emissiya prosesinin yekununda nizamnamə kapitalının 52 mln. manata çatdırılacağını bildirmişdi.

Həmçinin, Müşahidə Şurasının tərkibində dəyişikliklər baş verib. Müşahidə Şurasının sədri Ceyhun Paşalının yerinə Rza Sadiq təyin edilib.

Qeyd edək ki, Bank "BTB" 2010-cu ildə təsis olunub və uiversal maliyyə-kredit müəssisəsi olaraq bütün növ bank xidmətlərini göstərir. Hazırda bankın baş ofislə yanaşı 10 filialı və 20 bankomatı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti