...

Kəmaləddin Heydərov: Bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2016 12:39 (UTC +04:00)
"Böhrandan sonra tikintiyə investisiya qoymaq sərfəlidir. Bu, həm sahibkarlar üçün faydalıdır, həm də yeni iş yerlərinin açılması üçün səmərəlidir".
Kəmaləddin Heydərov: Bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq

Bakı. Elçin Mehdiyev - Trend:

"Böhrandan sonra tikintiyə investisiya qoymaq sərfəlidir. Bu, həm sahibkarlar üçün faydalıdır, həm də yeni iş yerlərinin açılması üçün səmərəlidir".

Trend-in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün sahibkarlarla keçirdiyi görüşündə deyib.

K.Heydərov tikinti materialları istehsal edən şirkətlərə də tövsiyələr verib.

Nazir bildirib ki, tikinti materialları istehsal edən sahibkarlar bilməlidirlər ki, onların istehsal etdiyi keyfiyyətli inşaat materiallarına üstünlük verilməlidir və onlar məhsulları keyfiyyətlə istehsal etməlidirlər.

K.Heydərov bildirib ki, yerli məhsullar o qədər keyfiyyətli olmalıdır ki, xaricdən gələn məhsullara rəqabətdə uduzmasın.

Nazir həmçinin bildirib ki, bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti