...

Nazir müavini: Azərbaycan və İranın qeyri-neft sahəsində əlaqələrin inkişafında böyük potensialı var (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Fevral 2016 13:31 (UTC +04:00)
Azərbaycan və İranın qeyri-neft sahəsində əlaqələrin inkişafında böyük potensialı var.
Nazir müavini: Azərbaycan və İranın qeyri-neft sahəsində əlaqələrin inkişafında böyük potensialı var  (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:31-də yayılıb)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan və İranın qeyri-neft sahəsində əlaqələrin inkişafında böyük potensialı var. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan-İran biznes forumunda deyib.

Onun sözlərinə görə, İranın Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayələrin həcmi təqribən 1,2 milyard dollardır, bunun böyük hissəsi neft sektoruna qoyulub: "Azərbaycanın qeyri-neft sektoruna qoyulan İran sərmaylərinin həcmi isə cəmi 150 milyon dollardır. Buna görə də Azərbaycan və İranın qeyri-neft sahəsində əlaqələrin inkişafında böyük potensialı var".

S.Babayev qeyd edib ki, Azərbaycanda hazırda İran kapitalı ilə 430-dan çox şirkət fəaliyyət göstərir: "Əlaqələrin inkişafında kənd təsərrüfatı, sənaye, turizm, İKT, tranzit yükdaşımaları sahələri prioritetdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti